Paytaxtda DƏHŞƏT - Təcili yardım maşınını insanların üstünə sürdü - FOTO
Bizi izləyin

Avropa

Paytaxtda DƏHŞƏT - Təcili yardım maşınını insanların üstünə sürdü - FOTO

Norveçin paytaxtı Oslo şəhərində naməlum şəxs qaçırdığı avtomobili insanların üzərinə sürüb.

Publika.az xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, şəhərin Torshovo rayonunda kişi ilə qadın xəstəxanalardan birinə məxsus olan təcili tibbi yardım maşınını qaçırıblar. Onlar operativ nəqliyyat vasitəsini insanların üzərinə sürüblər və 2 körpəsini araba ilə aparan qadın maşının altında qalıb. Yaralılar dərhal ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Uşaqların həyatına təhlükənin olduğu bildirilir.

Hadisəni törədən 30-32 yaşlı kişi artıq tutulub. Onunla birgə cinayətdə iştirak edən qadın isə qaçıb. Onun tutulması istiqamətində iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm