Nazir səhnədə yıxıldı - Xəstəxanaya çatdırıldı
Bizi izləyin

Avropa

Nazir səhnədə yıxıldı - Xəstəxanaya çatdırıldı

Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer Dortmund şəhərində rəqəmsal texnologiya mövzusunda konfransda çıxış etdikdən sonra büdrəyərək səhnədən aşağı yıxılıb.

TASS-a istinadən xəbər verir ki, nazir dərhal xəstəxanaya çatdırılıb.

Yerə yıxıldıqdan sonra nazir özü sərbəst ayağa qalxa bilməyib, onu müayinə etmək üçün həkimlər çağrılıb, konfrans iştirakçılarından isə zalı tərk etmələri xahiş olunub. Nazirin aldığı xəsarətlərin xarakteri barədə məlumat verilməyib.

Hazırda nazirin huşu yerindədir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm