Avropa
Bankomatlardan nağd pul çıxarılmasına məhdudiyyət qoyulur
Macarıstanın hakim FIDES partiyası ölkə bankomatlarından nağd əsginasların rüsumsuz çıxarılmasının sayına və məbləğinə məhdudiyyət qoyub.
Publika.az xəbər verir ki, indi ayrı-ayrı şəxslərin ayda iki dəfə 150 min forint (450 avro) məbləğində rüsumsuz nağd pul çıxarmalarına icazə verilir.
FIDES-in parlament fraksiyasının nümayəndələri mətbuat konfransında bildiriblər ki, bu addım hökumətin ev təsərrüfatlarının xərclərinin azaldılması siyasətinin bir hissəsidir. Bundan əlavə, hökumət kölgə iqtisadiyyatına mübarizə çərçivəsində ölkədə “qara” nağd pul dövriyyəsini məhdudlaşdırmaq niyyətindədir.
Yeni qaydalara görə, iki dəfə rüsumsuz nağd pul çıxarılandan sonra hər dəfə nağd pul çıxarılması macarlara müəyyən məbləğə başa gələcək.
Gözlənildiyinə görə, qanunvericilər tezliklə bu addımı bəyənəcəklər və qərar qüvvəyə minəcək.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ