Nazirdən xəbərdarlıq - Avropaya yeni köç dalğası baş verə bilər
Bizi izləyin

Avropa

Nazirdən xəbərdarlıq - Avropaya yeni köç dalğası baş verə bilər

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto keçirdiyi mətbuat konfransında bildirib ki, bu ölkənin, eyni zamanda, Avropa İttifaqının (Aİ) sərhədində miqrasiya təzyiqi “daim artacaq”. O, bununla əlaqədar Aİ liderlərini Qərbi Balkan ölkələrində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yeriməyə çağırıb. Nazirin verdiyi məlumata görə, hazırda bu ölkələrdə 98 min qanunsuz miqrant toplanıb və həmin insan kütləsi Mərkəzi Avropa üçün təhlükə törədir. Siyarto xatırladıb ki, türkiyəli həmkarları bu yaxınlarda 398 min insanın 2019-cu ilin birinci yarısında sərhədi qanunsuz keçmək istədiyini bildiriblər. Bu, ötən il olduğundan 128 min nəfər çoxdur.

Macarıstanlı nazir beynəlxalq ictimaiyyətə qaçqınların mümkün qədər tez öz evlərinə qaytarılmasına kömək edilməsi səylərini gücləndirtməklə bağlı çağırış edib. Onun sözlərinə görə, Macarıstan “vətənpərvər siyasət” yürüdür və qərarların qəbul edilməsində milli maraqları hər şeydən üstün tutulur. Macarıstanın Mərkəzi Avropada coğrafi mövqeyini qeyd edən nazir bildirib ki, “Qərb və Şərqin maraqları həmişə münaqişə vəziyyətində olub”. O əlavə edib ki, bu səbəbdən Macarıstana həm Şərqin, həm də Qərbin böyük təsir cəhdləri gözlənilir.

Siyarto deyib ki, Amerika maliyyəçisi Corc Soros və onun nəzarətində olan təşkilatlar Avropa Komissiyasının yeni heyətində Avropa komissarı portfelini almaqda Macarıstanın namizədinə mane olmaq istəyirdilər, lakin bu səylər nəticə verməyib. “Avropa parlamentinin mütləq əksəriyyəti təklif olunan yeni heyəti dəstəkləyib və macar siyasətçi Oliver Varxey Aİ-nin genişləndirmə məsələləri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub”, -deyə nazir əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm