• USD 1,7000 0,00% EUR 1,8926 -0,34%
    • GBP 2,2757 -0,53% RUB 0,0271 0,00%

Avropada müsəlmanların sayında kəskin artım

Avropada müsəlmanların sayında kəskin artım

Son 10 ildə Norveçdə müsəlmanların sayı praktiki olaraq iki dəfə artıb.

Axar.az xəbər verir ki, hazırda ölkədə 175 500 sakin müsəlman konfessiyasının üzvü kimi qeydə alınıb ki, bu da 10 il əvvəlkindən təqribən 90 faiz çoxdur, çünki 2009-cu ildə müsəlmanların sayı 92 700 nəfər təşkil edib. Məlumatlara görə, təkcə 2018-2019-cu illərdə ölkədə müsəlman əhalisi 5,2 faiz artıb.

Eyni zamanda Norveç kilsəsinə daxil olmayan dini qrupların və icmaların üzvlərinin sayı son on ildə 57 faiz artaraq 431 min nəfərdən 678 min nəfərə çatıb. Onların təqribən 54 faizi müxtəlif xristian konfessiyaların, təqribən 26 faizi müsəlman icmasının üzvləridir.

Əlamətdar haldır ki, Krallığın ən iri dini təsisatının - Norveç kilsəsinin üzvlərinin sayı durmadan azalmağa doğru meyil nümayiş etdirir. 2018-ci ildə Norveç kilsəsinin 3,72 milyon üzvü olub ki, bu da üç il əvvəlkindən 75 min nəfər azdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR