Parisdə tarixi anlar - Putin və Zelenski ilk dəfə...
Bizi izləyin

Avropa

Parisdə tarixi anlar - Putin və Zelenski ilk dəfə...

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski təkbətək görüşə bilər.

Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, liderlərin Normandiya Zirvəsindən sonra Eliz sarayında bir araya gələcəyi deyilir.

Zirvə bu gün saat 18:00-da başlanacaq. Toplantının 2 saat 45 dəqiqə davam edəcəyi planlaşdırılır.

Rusiya liderinin köməkçisi Yuri Uşakov Putin-Zelenski görüşünün dəqiq vaxtının məlum olmadığını bildirib.

Qeyd edək ki, Rusiya, Ukrayna, Almaniya və Fransanın qatıldığı Normandiya Zirvəsi Donbasdakı gərginliyə həll yolu tapmaq üçün keçirilir.

Budəfəki tədbirdən əvvəl bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Xüsusilə, Putinin Almaniya kansleri Angela Merkel, daha sonra Fransa lideri Emmanuel Makron ilə görüşü nəzərdə tutulur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm