Avropa
Türkiyəyə daha bir MÜHARİBƏ ELANI
Türkiyənin Şərqi Aralıq dənizində Liviya ilə razılaşmasından sonra bölgədə balanslar nisbəti dəyişib.
Publika.az xəbər verir ki, böyük güclər Yunanıstandan vasitə kimi istifadə edərək Türkiyəyə qarşı hücum mövqeyinə keçib.
Bu durum Aralıq dənizində Türkiyə və Yunanıstanın tez-tez qarşı-qarşıya gəlməsinə səbəb olub. Yunanıstan ABŞ, İsrail və Qərbin əmri ilə rəsmi Ankaraya qarşı həddini aşan işlər görməyə başlayıb.
Təhlükəsizlik və strategiya mütəxəssisi Abdullah Ağarın fikrincə, həmin qüvvələr Yunanıstanın Cənubi Kiprin Türkiyə ilə qarşı-qarşıya qaldığı yalnızlaşdırma əməliyyatından istifadə edərək özlərinə pay ayırmağa çalışırlar: “Bu, Yunanıstan və Cənubi Kiprin məsələsi kimi görünür. Lakin bu iki dövlət üzərindən Şərqi Aralıq dənizindəki planlarını tətbiq edirlər. Avropa İttifaqı ölkələri, Misir, İsrail və onlarla birlikdə işləyən ərəb ölkələri var”.
Mütəxəssis qeyd edib ki, qarşıdurma iki dövlət arasında müharibəyə qədər gedib çıxa bilər: “Hazırda Türkiyəni həm sudan, həm də qurudan blokadaya almağa çalışırlar. Yunan pilotunun gəmimizin radarlarını kilidləməsi, rəsmilərinin verdiyi açıqlamalar prosesi gərginləşdirib. Yunanıstan bilməlidir ki, bu işdən ən çox o zərərli çıxa bilər”.
Zümrüd
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat23 Aprel 19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO