Rusiyaya qarşı RADİKAL QƏRAR: 6 ay...
Bizi izləyin

Avropa

Rusiyaya qarşı RADİKAL QƏRAR: 6 ay...

Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

Publika.az xəbər verir ki, Ukraynanın sabitliyini pozması səbəbilə rəsmi Moskvaya tətbiq edilən iqtisadi sanksiyaların müddəti daha 6 ay uzadılıb.

Avropa İttifaqı Şurası sədrinin mətbuat katibi Barend Leyts bu barədə tvitterindən məlumat verib. O, Brüsseldə davam edən Avropa İttifaqı Zirvəsində bu qərarın qəbul edildiyini bildirib.

Qeyd edək ki, Krım yarımadasının ilhaq edilməsi və Ukraynanın şərqindəki müharibədən sonra Avropa İttifaqı, ABŞ və bəzi ölkələr 2014-cü ildən bəri Rusiyaya iqtisadi sanksiyalar tətbiq edir. İttifaq üzvü olan 28 ölkə Rusiyaya silah satmır. Rusiyanın neft və qaz sektorunda istifadə edilən bəzi texnologiyalar da buraya aiddir. Əlavə olaraq, Rusiyanın ictimai bankları Avropada maliyyə sektoruna daxil ola bilmir.

Mövcud sanksiyaların bitmə müddəti 31 yanvar 2020-ci il idi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm