Kraliça bu vakansiya üzrə İŞÇİ AXTARIR - 50 min funt-sterlinq maaş
Bizi izləyin

Avropa

Kraliça bu vakansiya üzrə İŞÇİ AXTARIR - 50 min funt-sterlinq maaş

Böyük Britaniya kraliçası II Elizabet sosial media hesablarını idarə etmək üçün işçi axtarır.

Publika.az xəbər verir ki, kraliça bu vakansiya üçün illik 50 min funt-sterlinq (115 min manata yaxın - müəl.) ayırıb.

“Kraliçanın ictimai aspektdə və dünya səhnəsindəki avatarının inkişaf etdirilməsinin yeni yollarını tapmaq üçün dayanmadan işləməsi lazımdır”-, iş elanında yazılıb.

Namizəddə axtarılan tələblər yenilikçi olmaq, qələm ustalığı və yaxşı redaktorluq, fərqli qruplar, məqsədlər və formatlar üçün rəqəmsal məzmun yarada biləcək mütəxəssisliyə sahib olmaqdır.

Vakansiya dekabrın 24-dək aktiv olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm