Xorvatiyanın yeni prezidenti bu şəxs oldu
Bizi izləyin

Avropa

Xorvatiyanın yeni prezidenti bu şəxs oldu

Xorvatiyada keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, Sosial-Demokrat partiyasının namizədi Zoran Milanoviçin seçkilərdə qalib gəlməsi dəqiqləşib.

Zoran Milanoviç seçicilərin 52,92 faiz səsini qazanaraq Xorvatiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Hazırki ölkə prezidenti Kolinda Qrabar-Kitaroviç seçicilərin yalnız 47,08 faiz səsini qazana bilib.

Qeyd edək ki, seçkidə 3,85 milyon seçici iştirak edib. Bunlardan 177 mini xaricdə yaşayan xorvatlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm