Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
Bizi izləyin

Avropa

Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir

Böyük Britaniya, İtaliya və İsveç tərəfindən istehsal olunan “Fırtına” (Tempest) altıncı nəsil döyüş təyyarəsi aviasiya tarixinə damğa vuracaq.

Publika.az xəbər verir ki, 2035-ci ildə istifadəyə verilməsi planlaşdırılan “Fırtına” üçün yeni motor istehsal olunacaq.

Britaniyanın nəhəng “Rolls-Royce” şirkəti döyüş təyyarəsinə səsdən sürətli motor quraşdıracaq.

Motorun döyüş təyyarəsinə verəcəyi itələmə qüvvəsi ilə yanaşı, gələcəkdəki silah sistemləri və qırıcıların elektron sistemlərini də enerji ilə təmin etməsi gözlənilir.

“News Atlas” nəşrinə görə, “Tempest”in mövcud olanlardan daha çox qüvvə verə bilən motorlara ehtiyacı var.

“Rolls-Royce” motorunda bir qaz borusu və motorun özəyinə oturdulmuş iki elektrik generatoru var. Bunun sayəsində elektrik qüvvəsi birbaşa motora ötürüləcək.

“Rolls-Royce” Gələcəyin Proqramlarının baş mühəndisi məsələ ilə bağlı açıqlamasında bu motorun qənaətli olacağını və gələcəkdəki təyyarələr üçün lazımi miqdarda elektrik qüvvəsi verəcəyini deyib.

“New Atlas” yeni motorun analoqu olmayan özəlliklərini belə sıralayıb:

Yeni enerji depolayan motor nəzarət sistemi

Tam inteqrə olunmuş temperaturu idarəetmə sistemi

Emissiyanı yenidən isitmə sistemi və aerodinamik optimallaşdırılmış sərinkeş

Pilotsuz modeli satışa buraxılacaq təyyarə 2003-cü ildən bəri istifadədə olan “Typhoon”ların yerini alacaq.

Altıncı nəsil döyüş təyyarəsinin layihə dəyəri 2,6 milyard dollardır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm