Koronavirus AVROPADA: dünya ölkələri hərəkətə keçdi (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Koronavirus AVROPADA: dünya ölkələri hərəkətə keçdi (YENİLƏNDİ)

Çində ortaya çıxan və sürətlə yayılan yeni koronavirusun Fransada daha bir daşıyıcısı aşkarlanıb.

Publika.az xəbər verir ki, ölkənin səhiyyə naziri Anyes Büzen məlumatı təsdiqləyib.

3-cü xəstə Bordeauks şəhərində xəstəxanaya yerləşdirilib.

Bundan başqa, ABŞ-da da daha bir nəfər koronavirusa yoluxub. Bu şəxs isə Çikaqo ştatında yaşlı bir qadındır. Onun 13 yanvarda virusun ortaya çıxdığı Vuhandan ölkəsinə geri qayıtdığı bildirilir. Beləliklə, ABŞ-da bu xəstəliyin daşıyıcı sayı 2-yə çıxıb. Amerikalı səlahiyyətli şəxslər daha 50 nəfərdə virusun əlamətləri olduğundan şübhələnir.

Qeyd edək ki, virus Tayland, Yaponiya, Cənubi Koreya, Tayvan, ABŞ, Sinqapur, Vyetnam və Səudiyyə Ərəbistanında təsbit edilib.

Hazırda Çində 900 nəfər virusa yoluxub, 26 nəfər bu səbəbdən dünyasını dəyişib.

***

08:20

Fransanın Paris və Bordo şəhərlərində 2 koronavirus daşıyıcısı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu haqda ölkənin səhiyyə naziri Anyes Büzen bəyan məlumat verib.

Çinin Vuhan şəhərində olan 48 yaşlı şəxs yanvarın 23-də koronavirus simptomları ilə Bordoda həkimə müraciət edib.

Fransaya qayıtdıqdan sonra onun 12 nəfərlə kontaktda olduğu vurğulanıb. Həmin şəxs izolyasiya edilmiş otağa yerləşdirilib.

Parisdən olan pasiyent isə Bişa xəstəxanasına yerləşdirilib. Hər iki şəxs çinlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm