Daha bir ölkədə koronavirus tapıldı
Bizi izləyin

Avropa

Daha bir ölkədə koronavirus tapıldı

Almaniyada koronavirusa yoluxma faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi informasiya yayıb.

Bildirilib ki, Bavariyanın Starnberq bölgəsində 1 nəfərdə yeni tip koronavirus tapılıb.

Əyalətin Səhiyyə və Qida Dairəsində infeksiyaya qarşı mübarizə qrupu yaradılıb və həmin şəxs karantinə alınıb. Şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, ilk olaraq dekabrın 12-də Çinin Vuhan şəhərində ortaya çıxan və epidemiyaya çevrilən yeni tip koronavirus (2019-nVoC) 106 nəfərin həyatına son qoyub. Qeyri-rəsmi açıqlamaya görə isə sadəcə Vuhanda 2 min 744 nəfər ölüb.

Koronavirusa dünyanın 15-ə yaxın ölkəsində rast gəlinib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm