Ölümcül virus Avropaya yayılır - Almaniya təşvişdə
Bizi izləyin

Avropa

Ölümcül virus Avropaya yayılır - Almaniya təşvişdə

Almaniyanın Bavariya əyalətində yeni tip koronavirusa yoluxanların sayında artım var.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.

Bavariya Səhiyyə Nazirliyinə istinadən verilən xəbərdə 4 nəfərə virus diaqnozu qoyulduğu və onların karantinə alındığı bildirilib.

Virusa yoluxanların çinli qadınla işgüzar əməkdaşlığı olub.

Şəhərdə 40-a yaxın insan virusa yoluxma ehtimalı ilə nəzarətə götürülüb.

Qeyd edək ki, Avropa Xəstəliyin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) daha əvvəl Almaniyada təsbit edilən ilk koronavirusun Avropada yayılma ehtimalının olmadığını açıqlamışdı.

Xatırladaq ki, "2019-nCoV" kod adlı koronavirus ilk dəfə Çinin Vuham şəhərində epidemiyaya çevrilib. Qeyri-rəsmi məlumata görə, minlərlə insana virus diaqnozu qoyulub. Rəsmi Pekin Vuhan şəhərini yerlə-yeksan etmək niyyətindədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm