Makron: Bu, tarixi xəbərdarlıqdır
Bizi izləyin

Avropa

Makron: Bu, tarixi xəbərdarlıqdır

Bu ayrılıq bir şokdur. Avropanın hər bir ölkəsində nəzərə alınmalı olan tarixi xəbərdarlıqdır. Çünki 70 ildən sonra bir ölkə ilk dəfə Avropa İttifaqını tərk edir.

Publika.az xəbər verir ki, bunu Fransa Prerzidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə əlaqədar deyib.

Makron iqlim və miqrasiya kimi problemlərin həllinin Avropada tapıldığını da söyləyib: "ABŞ və Çinə qarşı maraqlarımızı qorumaq üçün Avropaya həmişəkindən daha çox ehtiyacımız var".

O, Avropanın daha suveren və demokratik olması üçün Aİ-nin yenidən qurulmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya yanvarın 31-də 47 il əvvəl qoşulduğu Avropa İttifaqından çıxıb.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm