Zelenski xarici qoşunların Ukraynaya gəlməsini istəyir - Müraciət etdi
Bizi izləyin

Avropa

Zelenski xarici qoşunların Ukraynaya gəlməsini istəyir - Müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radadan xarici hərbçilərə təlim üçün icazə verilməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə parlamentin səhifəsində bildirilib.

Məlumata əsasən, Prezident çoxmillətli hərbi təlimlər üçün xarici qoşunların 2020-ci ildə ölkəyə girməsinə icazə verilməsini istəyir.

Müvafiq qanun layihəsi Radanın saytında dərc edilib. Lakin onun tam mətni əks olunmayıb.

Ukrayna qanunvericiliyinə əsasən, ölkə ərazisində qanunla nəzərdə tutulmayan istənilən hərbi hissənin fəaliyyət göstərməsi qadağandır.

Həmçinin ölkədə xarici hərbi bazaların yerləşdirilməsinə icazə verilmir, buna görə də xarici qoşunların hər dəfə prezidentin təklifi ilə xüsusi qanunla ölkəyə daxil olmasına imkan yaradılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm