Koronavirus daha 2 ölkədə aşkarlandı
Bizi izləyin

Avropa

Koronavirus daha 2 ölkədə aşkarlandı

Çində ortaya çıxan yeni tip koronavirus daha iki Avropa ölkəsinə sıçrayıb.

Publika.az xəbər verir ki, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ölkədə ilk koronavirus daşıyıcısının aşkarlandığını açıqlayıb.

Avstriyada isə Tirol bölgəsində 2 nəfərə yeni tip virus diaqnozu qoyulub.

Bundan başqa, Fransada 12, Almaniyada 16, İtaliyada 229, İspaniyada 2, Belçikada 1, İsveçdə 1, Finlandiyada 1 nəfərdə koronavirus aşkarlanıb. Avropa ölkələrindən ən çox İtaliyada epidemiyaya rast gəlinib. Ölkədə 7 nəfər virusdan dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm