ABŞ Yunanıstandakı vətəndaşlarına xəbərdarlıq etdi
Bizi izləyin

Avropa

ABŞ Yunanıstandakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ hökuməti Yunanıstandakı vətəndaşlarına çağırış edib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Yunanıstandakı səfirliyinin açıqlamasına görə, Türkiyədən qaçqın axını ilə əlaqədar amerikalılar təhlükəsizlik məsələlərində diqqətli olmalıdır. Bildirilib ki, qaçqın axını ilə bağlı gərgin vəziyyət bəzən amerikalıların da şiddətlə məruz qalmasına səbəb olur.

Buna görə də, Yunanıstan Türkiyə sərhədində yerləşən adalara səfər planlaşdırılan amerikalılara diqqətli olmaq tövsiyyə edilib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm