
“Heç bir Avropa ölkəsi Suriya münaqişəsinə biganə qala bilməz”.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında belə deyib. O bildirib ki, NATO ölkələri Ankara ilə müttəfiq olduğunu qəti addımlarla göstərməlidir.
Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyadan gələn təhdidlərlə mübarizə aparan, İŞİD terrorçuları ilə ilə üz-üzə döyüşərək şəhidlər verən tək NATO ölkəsidir.
Anar Türkeş