İtaliyada koronavirusdan 46 həkim öldü
Bizi izləyin

Avropa

İtaliyada koronavirusdan 46 həkim öldü

İtaliyada bu günə qədər yoluxmuş xəstələri müalicə etmək üçün gecə-gündüz mübarizə aparan 46 həkim ölüb.

Publika.az xəbər verir ki, virus ölkədə koronavirusla mübarizənin ön sıralarında olan tibb işçiləri arasında sürətlə yayılmaqda davam edir.

Hazırda dünyanı silkələyən yeni tip koronavirusdan (Covid-19) ən çox ölüm hadisəsi İtaliyada qeydə alınıb. Bu gün səhər saatlarında İtaliyada ölənlərin sayı 9 min 134, yoluxanların sayı isə 66 min 414-ə çatıb.

Sonuncu həkim ölümü dünən qeydə alınıb.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm