Məşhur avtomobil şirkəti koronavirusla mübarizə üçün elə bir şey istehsal etdi ki... - FOTO
Bizi izləyin

Avropa

Məşhur avtomobil şirkəti koronavirusla mübarizə üçün elə bir şey istehsal etdi ki... - FOTO

“Mercedes” şirkəti yeni tip koronavirus (Kovid-19) pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün süni tənəffüs aparatı istehsal edib.

Publika.az xəbər verir ki, istehsal London Universitet Kolleci ilə birgə aparılıb.

“Mercedes”dən verilən açıqlamada ventilyasiyaya ehtiyac duymadan beyinə oksigen göndərən cihazların Böyük Britaniyanın müxtəlif bölgələrindəki xəstəxanalara göndərildiyi bildirilib.

İlk cihazın istehsalına qərar verildikdən 100 saat sonra hazır olduğu vurğulanıb.

Son rəqəmlərə görə, Britaniyada 19 min 522 nəfər koronavirusa yoluxub. 135 nəfər sağalıb, 1228-i ölüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm