NATO-dan İspaniya və İtaliyaya yardım göndərən Türkiyəyə reaksiya: "Müttəfiqliyimizin..." - FOTO
Bizi izləyin

Avropa

NATO-dan İspaniya və İtaliyaya yardım göndərən Türkiyəyə reaksiya: "Müttəfiqliyimizin..." - FOTO

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Yens Stoltenberq Türkiyə Silahlı Qüvvələrinin İtaliya və İspaniyaya tibbi ləvazimat göndərməsinin alyans həmrəyliyinin açıq göstəricisi olduğunu bildirib.

Publika.az xəbər verir ki, baş katib tvitter hesabından yeni tip koronavirusla mübarizə çərçivəsində TSQ-nin adıçəkilən ölkələrə yardım aparan təyyarəsinin fotosunu paylaşıb.

"NATO həmrəyliyi fəaliyyətdədir. Müttəfiqlərimizin bir-birinə təcili yardım göndərməsindən qürur duyuram. Birlikdə daha güclüyük", - Stoltenberq qeyd edib.

Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi İtaliya, İspaniyaya yerli fabrik və tikiş evlərində istehsal edilən tibbi maska, qoruyucu geyim, antibakterial mayedən ibarət yardım göndərmişdi.

Qeyd edək ki, İtaliyada 105 min 792, İspaniyada 102 min 136 nəfər koronavirusa yoluxub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm