ABŞ və Avropa arasında “maska müharibəsi” başladı
Bizi izləyin

Avropa

ABŞ və Avropa arasında “maska müharibəsi” başladı

Koronavirus pandemiyası insanların həyat tərzi ilə yanaşı, dövlətlərarası münasibətləri də dəyişir. Müttəfiq və dost ölkələr hətta maska uğrunda açıq mübarizə aparırlar.

Publika.az
xəbər verir ki, Avropa İttifaqının üzvü olan ölkələr qoruyucu maskalara görə bir-birinə “arxadan zərbə” endirməkdən belə çəkinmir.

Aİ-nin üzvü olan 4 ölkə - İsveç, Fransa, İtaliya və İspaniya arasındakı “maska böhranı” prosesin artıq psixoloji müharibə müstəvisinə keçdiyini, münasibətlərin isə piratçılıq səviyyəsinə endiyini göstərir.

İsveçin “Molnlyche” tibb şirkətinin rəsmi internet səhifəsində yayımlanan məlumata görə, Fransa İspaniya və İtaliyanın Çindən idxal etdikləri qoruyucu maska və əlcəklərə əl qoyub.

Şirkətin baş direktoru Riçard Tvomey bildirib ki, idxal olunan tibbi mallar Fransa üzərindən İtaliya və İspaniyaya göndəriləcəkdi: “Lakin Fransa bu malları ələ keçirdi və ixracını, yəni bu ölkə üzərindən keçidini qadağan etdi. Öz malı olmadığı halda maska və əlcəklərə əl qoydu. Bu, tərbiyəsizlikdir”.

R.Tvomey qeyd edib ki, Çindən idxal olunan yeni tibbi məhsullar Belçika üzərindən İtaliya və İspaniyaya gətiriləcək.

“Huffington Post” nəşrinin ötən həftə yaydığı məlumatada isə Çindən İtaliyaya idxal edilən maskaların Almaniya tərəfindən ələ keçirildiyi deyilirdi. 6 milyon maska Keniya hava limanında yoxa çıxmışdı, daha sonra maskaların almanlar tərəfindən alındığı xəbəri yayıldı.

“Maska müharibəsi”nə ABŞ da qoşulub. “Guardian” yazır ki, ABŞ Şanxay hava limanında təyyarəyə yüklənmiş və Fransaya göndəriləcək milyonlarla maskanı üç qat artıq pul ödəyərək alıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm