6 tibb işçisi koronavirusun qurbanı oldu - hamısı müsəlmandır
Bizi izləyin

Avropa

6 tibb işçisi koronavirusun qurbanı oldu - hamısı müsəlmandır

Böyük Britaniyada koronavirus səbəbilə dünyasını dəyişənlər arasında həkim və tibb bacıları da var.

Publika.az xəbər verir ki, ölkənin Qərbi Midlend bölgəsindəki Ualsall Manor Xəstəxanasının tibb bacısı 36 yaşlı Arema Nəsrin infeksiyaya yoluxaraq dünyasını dəyişib. 3 uşaq anası Nəsrin reanimasiyaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bununla da koronavirusdan ölən tibb işçilərinin sayı 6-ya çatıb. Onların hamısının müsəlman olduğu bildirilir.

Britaniyadakı müsəlmanların qurduğu "Kordoba" qeyri-hökumət təşkilatının rəhbəri Enes əl-Tikriti verdiyi açıqlamada müsəlmanların fədakarlığına diqqət çəkib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm