Çindən gələn tibbi maska və testlərdə koronavirus aşkarlandı - Hökumət HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Avropa

Çindən gələn tibbi maska və testlərdə koronavirus aşkarlandı - Hökumət HƏRƏKƏTƏ KEÇDİ

Koronavirusla mübarizədə bir çox tibbi ləvazimatlara ehtiyac yarandığı ölkələrə Çindən göndərilən yardımlarda virus aşkarlanıb.

Publika.az xəbər verir ki, Böyük Britaniya Çindən göndərilən test kitlərində koronavirus aşkarlandığını açıqlayıb. Maskalar Lüksemburq mərkəzli şirkət tərəfindən araşdırılıb.

Niderland və Avstraliya isə bu ölkədən gələn qoruyucu maskaları geri toplamaq haqqında qərar qəbul edib.

Avstraliya 12 milyon dollar dəyərində 1,3 milyona yaxın tibbi maskanın viruslu və ya qüsurlu olduğunu bildirib. 600 minə yaxın maskanın xalqdan toplanması üçün göstəriş verilib.

Bu arada, Çində maska istehsal edən və xaricə ixrac istiqamətində işləyən bir firmanın skandal görüntüləri yayılıb. Görüntülərdə bir fabrik işçisinin üz maskalarını ayaqqabısına sürtərək sosial mediada canlı yayım etməsi yer alıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm