Koronavirusa qalib gələn İLK ÖLKƏ - Səhiyyə naziri necə bacardıqlarını açıqladı - VİDEO
Bizi izləyin

Avropa

Koronavirusa qalib gələn İLK ÖLKƏ - Səhiyyə naziri necə bacardıqlarını açıqladı - VİDEO

Video əlavə olunub.

xxx

Bütün dünyaya yayılan koronavirusa qarşı Avropada zəfər elan edən ilk ölkə Norveç olub.

Publika.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi pandemiyanın nəzarət altına alındığını açıqlayıb.

Səhiyyə naziri Bent Hoye təşkil etdiyi mətbuat konfransında Kovid-19-a qarşı görülən tədbirlərdən əvvəl 1 nəfərin 2,5 nəfərə virus yoluxdurduğunu, ötən ay tədbirlərin açıqlanmasından sonra isə bu rəqəmin 0,7-yə endiyini bildirib.

Gündəlik statistik məlumatlara görə, Norveçdə koronavirusa yoluxma faktlarının olmadığını deyən nazir ölkədə 111 min 299 nəfərin testə cəlb olunduğunu xatırladıb. Bu da Skandinaviya ölkələri arasında ən yüksək göstəricidir.

Son rəqəmlərə görə, 5 milyon 386 min nəfərin yaşadığı Norveçdə 59 nəfər koronavirusdan dünyasını dəyişib. 5 min 755 şəxsdə virus aşkarlanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm