Koronavirusun şokedici dəlili kimi paylaşılan fotoların saxta olduğu üzə çıxdı
Bizi izləyin

Avropa

Koronavirusun şokedici dəlili kimi paylaşılan fotoların saxta olduğu üzə çıxdı

2013-cü ildə çəkilən bu fotolar hazırda sosial şəbəkələrdə və hətta onlayn nəşrlərdə koronavirus pandemiyasının şokedici dəlili kimi paylaşılır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 3 oktyabr 2013-cü ildə Lampedusa adasının yaxınlığında içərisində 500-dən çox mühacirin olduğu qayığın batması nəticəsində 368 nəfər ölmüşdü. Digərləri isə xilas edilmişdi.

Qaçqınlara vaxtında kömək edilməməsi səbəbindən İtaliyada cinayət işi açılmışdı.

Ölənlər bahalı tabutlarda basdırılmış, onlar üçün matəm elan olunmuşdu.

İndi isə sözügedən faciədən çəkilən matəm fotoları bəzi mətbuat orqanlarında koronavirus pandemiyasının acı nəticəsi kimi təqdim olunur.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm