Avropa ölkəsi bu xəbərlə çalxalanır - Xəstələri ölümə tərk edirlər
Bizi izləyin

Avropa

Avropa ölkəsi bu xəbərlə çalxalanır - Xəstələri ölümə tərk edirlər

İsveçin Karolinska Universiteti Xəstəxanasında həkimlərə yaşı 80-dən yuxarı olan koronavirus xəstələrinin intensiv terapiya şöbələrinə buraxılmaması ilə bağlı təlimat verilib.

Publika.az-ın məlumatına görə, bu barədə ölkənin “Aftonbladet” qəzeti informasiya yayıb.

Bildirilib ki, həkimlərə tapşırıqla bağlı rəsmi sənəd göndərilib. Eyni sənəddə 60 yaşdan yuxarı xəstələrin də reanimasiyaya yerləşdirilməsinə üstünlük verilməməsi əks olunub.

Olayın mediaya sızmasından sonra xəstəxanadan rəsmi açıqlama verilib. Açıqlamada “tibbi üstünlük hər zaman xəstənin reanimasiya ilə bacarmaq və yaxşılaşmaq ehtimalına əsaslanır. Xəstənin sağalma ehtimalı yuxarıdırsa, reanimasiyaya daxil edilir” sözlərinə yer verilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm