Paris yanır - Sübh saatlarında polis və vətəndaşlar küçələrə axışdı (FOTO)
Bizi izləyin

Avropa

Paris yanır - Sübh saatlarında polis və vətəndaşlar küçələrə axışdı (FOTO)

Fransada küçə iğtişaşları yenidən baş qaldırıb.

Publika.az xəbər verir ki, paytaxt Parisdə etiraz aksiyaları sərt şəkildə keçir.

Parisin şimalındakı Villeneuve-la-Garennedə sübh saatlarında hava fişəngləri partladılıb. Polis gözyaşardıcı qazla etirazçılara sərt müdaxilə edib. Olayların görüntüləri Əlcəzair əsilli fransız jurnalist Taha Bouhafs tərəfindən lentə alıınıb və sosial mediaya yüklənib.

Dünya gündəminə oturan aksiyanın polis avtomobilinin 30 yaşlı bir motosikletçiyə çırpması nəticəsində başladıldığı bildirilir. Qurbanın adını vermək istəməyən dostları hadisənin şənbə günü olduğunu, polisin etnik azlıqlara qaşı sərt davranışlar sərgilədiyini deyib. Yaralanan şəxsin durumu kritikdir.

Paris polisi hadisə ilə bağlı açıqlamasında əməkdaşlarının daş və fişənglərin hədəfinə çevrildiyini, olayların ətraf qəsəblərə də yayıldığını bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron koronavirus pandemiyasına qarşı sosial məsafə tədbirlərini 11 may tarixinə qədər uzadıb. Son sutkada 395 ölüm qeydə alınıb və ölkədə virusdan gündəlik ölüm sayı ən aşağı səviyyəyə çatıb. Səhiyyə Nazirliyinin Baş katibi Yerom Salomon virusun aşkarlandığı insan sayının son 24 saatda 7 min 701 vahid artaraq 175 min 942-yə çatdığını açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm