Çernobılda yenidən meşə yanğınları başladı
Bizi izləyin

Avropa

Çernobılda yenidən meşə yanğınları başladı

Ukraynanın Çernobıl bölgəsində meşə yanğınları yenidən başlayıb.

Publika.az xəbər verir ki, bir neçə həftə əvvəl başlayan yanğınlar tamamilə söndürülmədiyi üçün genişlənib. Bölgədə 3 yanğın ocağı var. Alovun qarşısının alınması üçün mindən çox yanğınsöndürən cəlb edilib.

Qeyd edək ki, Çernobıl Atom Stansiyası üçün təhlükə kəsb edən yanğınların aprelin 14-də söndürüldüyü açıqlanmışdı.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm