• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Britaniya koronavirusa qarşı ilki etdi - Fotosunu paylaşdılar

  • Avropa
  • 24 Aprel 2020 10:35
  • 865 Baxış
Britaniya koronavirusa qarşı ilki etdi - Fotosunu paylaşdılar

Böyük Britaniyanın Oksford Universiteti potensial yeni tip koronavirus peyvəndini insanlar üzərində sınaqdan keçirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə BBC informasiya yayıb.

Xəbərə görə, sınaqlar 2 könüllü şəxs üzərində başlanıb. Onlardan birinə potensial COVID-19 peyvəndi, digərinə nəzarət məqsədli meningit peyvəndi vurulub.

800-dən çox insanın iştirak etdiyi çalışmada könüllülərə hansı peyvəndin inyeksiya edildiyi deyilməyəcək. Bu bilgi sadəcə fərqi analiz edəcək həkimlərə veriləcək.

Könüllülərdən biri Eliza Qranato verdiyi açıqlamada elm adamı olduğunu və elmə fayda vermək üçün bu addımı atdığını deyib.

Sınağa rəhbərlik edən Sara Qilbert potensial peyvəndə böyük ümid bəslədiklərini bildirib.

3 ayda hazırlanan və "ChAdOx1" adı verilən bu peyvənd şimpanzelərdə qripə səbəb olan adenovirusun genetikasını dəyişdirməklə düzəldilib. Virusun genetikası insan orqanizmində inkişafı əngəllənəcək formada dəyişdirilib. Ona COVID-19-un insan hüceyrələrinə yapışmasını təmin edən proteini ifraz edən ünsürlər əlavə edilib. Peyvəndin virusun ifraz etdiyi proteinə yapışaraq onun hüceyrələrə nüfuz etməsinin qarşısını alacaq antikorlar istehsal etməsi gözlənilir.

Qeyd edək ki, hazırda dünya miqyasında 72 qrup koronavirusa qarşı peyvənd hazırlamaq üzərində işləyir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR