İkinci dalğa 3 fəlakət gətirəcək - Boris Conson
Bizi izləyin

Avropa

İkinci dalğa 3 fəlakət gətirəcək - Boris Conson

“Pandemiyanın ikinci dalğası yeni ölüm və ya xəstəlik deyil, eyni zamanda, iqtisadi fəlakət anlamına da gəlir”.

Publika.az xəbər verir ki, bunu İngiltərənin Baş naziri Boris Conson deyib.

Koronavirusa yoluxan Baş nazir 22 günlük müalicədən sonra sağalıb və işinin başına geri dönərək mətbuat konfransı keçirib.

Onun sözlərinə görə, hökumət qabaqlayıcı tədbirlər və xalqın bunlara əməl etməsi nəticəsində gedişatı dəyişdirə bilib: “Bu bir fürsət, üstünlükıərimizi qabağa çəkmək anıdır. Eyni zamanda maksimum risk də daşıyır. İkinci dalğa, virusa nəzarəti itirmək və çoxalan faizlərinin risklərini görməliyik”.

B.Conson qeyd edib ki, Britaniya II Dünya Müharibəsindən sonra tarixin ən ağır günlərini yaşayır.

Baş nazir pandemiyaya qarşı ilk mərhələnin tamamlandığını, virusun yoluxma faizlərinin zirvəyə çatdığını, bundan sonra yoluxmanın azalacağını dilə gətirib.

Son rəqəmlər görə, İngiltərədə 152 min 840 nəfər virusa yoluxub, 20 min 732 nəfər ölüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm