5 ölkədən koronavirusla bağlı ŞAD XƏBƏR - İyul ayında bu yerlərə səyahət mümkün olacaq
Bizi izləyin

Avropa

5 ölkədən koronavirusla bağlı ŞAD XƏBƏR - İyul ayında bu yerlərə səyahət mümkün olacaq

Yeni tip koronavirus pandemiyasının sürətinin azaldığı bəzi Avropa ölkələri qabaqlayıcı tədbirləri yumşaltmağa davam edir.

Publika.az xəbər verir ki, Avstriyada gələn həftədən ümumtəhsil məktəbləri açılacaq.

Bu çərçivədə valideynləri işləyən şagirdlərin məktəbə getməsinə üstünlük veriləcək. Gələn il məktəbə getməli olan uşaqların hazırlığı da davam edəcək.

Digər uşaqların isə həftədə 2-3 dəfə dərsə getməyi mümkün olacaq.

Çexiyada 2,5 min km/m sahəsi olan iş yerləri və idman salonları qətiyyətli gigiyenik qaydalar çərçivəsində açılıb. İyul ayından etibarən Avstriya və Slovakiyaya səyahətlər mümkün olacaq.

Almaniyada Çindən gətirilən 10 milyon maska əhaliyə paylanacaq və mağazalarda, kütləvi nəqliyyat sistemlərində qoruyucu maskaların taxılması məcburi olacaq.

Xorvatiyada qabaqlayıcı tədbirlər 3 mərhələdə yumşaldılacaq. Bu gün etibarilə mağazalar açılıb. Ticarət mərkəzləri isə bağlı qalıb. Avtobuslar sərnişin daşınmasına start verib.

Serbiyada qapalı bazarlar, gözəllik salonları və idman mərkəzləri istifadəyə verilib.

Monteneqroda son 24 saat ərzində yoluxma qeydə alınmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm