"Parklara getməyin" - Virusoloqdan XƏBƏRDARLIQ
Bizi izləyin

Avropa

"Parklara getməyin" - Virusoloqdan XƏBƏRDARLIQ

Belçika əhalisinə xəbərdarlıq edilib.

Publika.az xəbər verir ki, virusoloq Mark van Ranst VTM kanalına müsahibəsində isti hava səbəbilə parklara üz tutan vətəndaşlara bunun təhlükəli olduğunu deyib.

O bildirib ki, COVID-19-un ikinci dalğası gələ bilər:

"Karantin rejiminin yumşaldılmasına sabahdan etibarən start veriləcək. Məhdudiyyətlərə məhəl qoymayanlar yaxşı düşünsünlər. Bütün vətəndaşlar məsuliyyətli olmalıdırlar. Hökumət bizə güvənirsə, ağıldan istifadə etməliyik. Qayda eynidir: mümkün qədər az adamla ünsiyyət qurun".

Ötən gün ərzində Belçikada koronavirusa 485 yoluxma faktı qeydə alınıb. Ümumi yoluxma sayı isə 53 081-dir.

Aytən Novruz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm