Məşhur futbolçu koronavirusdan sağaldı
Bizi izləyin

Avropa

Məşhur futbolçu koronavirusdan sağaldı

Koronavirusa yoluxan Belçika millisinin keçmiş futbolçusu Maruan Fellaini xəstəliyə qalib gəlib.

Publika.az xəbər verir ki, Çinin “Şandun Lunen” klubunda çıxış edən yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib:

“Karantin dövrünü tamamlayıb, xəstəxanadan ayrıldığım üçün xoşbəxtəm. Mənimlə maraqlanan həkimlərə və dəstək olan klubuma minnətdaram. Komandama geri dönmək gözəldir” - deyə o bildirib.

Qeyd edək ki, Fellaini Çində koronavirusa yoluxan ilk futbolçu olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm