"Türk Hava Yolları" uçuşları bərpa edir
Bizi izləyin

Avropa

"Türk Hava Yolları" uçuşları bərpa edir

Türkiyənin ən böyük mülki aviasiya şirkəti olan “Turkish Airlines” ("Türk Hava Yolları") beynəlxalq reysləri bərpa edir.

Publika.az Habertürk-ə istinadən xəbər verir ki, şirkət iyunun 10-da yenidən beynəlxalq reysləri yerinə yetirməyə başlayacaq.

Şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib ki, daxili reyslər 4 iyunda, beynəlxalq reyslər isə iyunun 10-dan etibarən icra ediləcək.

İ.Aycı əlavə edib ki, sərnişinlər təyyarə salonunda əl yükünü daşıya bilməyəcəklər. Təyyarəyə yalnız əl çantalarını götürməyə icazə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm