• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Bu dərmanın istifadəsi DAYANDIRILDI - Fransada

  • Avropa
  • 27 May 2020 16:17
  • 846 Baxış
Bu dərmanın istifadəsi DAYANDIRILDI - Fransada

Fransada yeni növ koronavirusun (COVID-19) müalicəsində istifadə olunan hidroksiklorokin adlı dərmanın istifadəsi dayandırılıb.

Publika.az xəbər verir ki, ölkənin rəsmi qəzetində dərc olunan fərmanda COVID-19-un müalicəsində hidroksiklorokinin istifadəsinə icazə verən əvvəlki qərarın ləğv edildiyi qeyd edilib.

Bu barədə qərarın ölkənin Ali Səhiyyə Şurasının tövsiyəsi ilə qəbul edildiyi bildirilir.

Xatırladaq ki, Fransada martın 27-dən etibarən xəstəxanalarda hidroksiklorokinin həkimlərin nəzarəti altında istifadəsinə icazə verilirdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus isə mayın 25-də verdiyi açıqlamada koronavirus xəstələrinin müalicəsində istifadə edilən hidroksiklorokin dərmanının sınağının insanların təhlükəsizliyindən narahat olduqları üçün müvəqqəti olaraq dayandırıldığını bildirmişdi.

Akqabay

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR