• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

Nazir istefa verdi: "Prinsiplərimə görə..."

  • Avropa
  • 2 İyun 2020 16:26
  • 559 Baxış
Nazir istefa verdi: "Prinsiplərimə görə..."

Bosniya və Herseqovinanın Təhlükəsizlik naziri Fahrudin Radonçiç vəzifəsindən istefa verib.

Publika.az-ın məlumatına görə, bu barədə nazir keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, qaçqın böhranının həlli və bəzi Pakistan vətəndaşı qaçqınlarının deportasiya edilməsi mövzularında hökumətlə fikir ayrılıqları yaşayıb.

Nazir Demokratik Hərəkat Partiyası, Xorvat Demokrat Birliyi və Müstəqil Sosial Demokratlar Birliyi hökumətinin daha uzun müddət aktiv qalmayacağını deyib. Radonçiç hökumətin bu 3 partiya arasında münasibətlərin əsiri olduğunu dilə gətirib. O qeyd edib ki, istefası tamamilə prinsipləri ilə əlaqədardır.

Qeyd edək ki, Bosniya və Herseqovinadakı mövcud hökumət seçkidən 14 ay sonra, 23 dekabr 2019-cu ildə qurulub.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR