Prezident cərimələndi - Bu fotodakı hadisəyə görə
Bizi izləyin

Avropa

Prezident cərimələndi - Bu fotodakı hadisəyə görə

Ukrayna Prezidenti Vladimir Zelenski karantin qaydalarını pozduğuna görə cərimələnib.

Publika.az xəbər verir ki, Zelenski 3 iyunda Xmelnitskidə kafedə olub. Onunla bərabər daha beş nəfər kafedə eyni masada əyləşib və kofe içiblər.

Həmin şəxslərin arasında Prezident Aparatı sədrinin birinci müavini Sergey Trofimov, Xmelnitskiy regional dövlət administrasiyasının sədri Dmitri Qabinet, şəhər meri Aleksandr Simçişin və baş sanitar həkim Viktor Lyaşko olub.

Həmin vaxt hökumət iyunun 5-dək ictimai iaşə xidmətinin göstərilməsini qadağan edib. Yalnız yay məkanlarına işləməyə icazə verilib və dörd nəfərdən çox adamın eyni masada əyləşməsinə qadağa qoyulub.

Xatırladaq ki, Ukraynada karantin qaydalarının pozulmasına görə cərimə 17 min qrivnadır (630 dollardan çox). Zelenski karantini pozduğu təqdirdə, cərimə ödəməyə hazır olduğunu bird aha təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm