Bu ölkələrə 4.9 milyard avro ödənəcək - SƏBƏB
Bizi izləyin

Avropa

Bu ölkələrə 4.9 milyard avro ödənəcək - SƏBƏB

Avropa Birliyi (AB) COVİD-19-dan zərər görən ölkələrə 4.9 milyard avro yardım etmək istəyir.

Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen “Qlobal Hədəf” adlı tədbirdə deyib.

“İnsanlar harada yaşadıqlarından asılı olmayaraq test, müalicə və peyvəndə sahib ola bilməlidir. Tez bir zamanda peyvənd istehsalına sərmayənin qoyulması vacib məsələ sayılır. Bu səbəbdən qlobal səhiyyə təşkilatları birgə əməkdaşlıq etməlidir. Eyni zamanda, köməyə ehtiyacı olan icmaları da dəstəkləmək vacibdir. AB qurumları virusdan ziyan görən həssas ölkələrə test, müalicə və peyvənd üçün 4.9 milyard avro yardım etmək istəyir”, - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm