• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Avropa İttifaqı bu ölkələr üçün sərhədlərini AÇDI

  • Avropa
  • 30 İyun 2020 21:12
  • 811 Baxış
Avropa İttifaqı bu ölkələr üçün sərhədlərini AÇDI

Avropa İttifaqı şurası Gürcüstanla yanaşı sərhədləri açılacaq digər 13 ölkə barədə siyahını rəsmi olaraq təstiqləyib.

Publika.az xəbər verir ki, Avropa Birliyinin Şurası 14 ölkə vətəndaşlarının Avropa Birliyinin ərazisinə iyulun 1-dən etibarən girə biləcəkləri barədə siyahısını rəsmi olaraq bu gün təstiqləyib.

Siyahı Avropa Birliyi Şurasının rəsmi saytında dərc olunub.

AB-nin açıqlamasına görə, siyahı hər iki həftədə bir nəzərdən keçiriləcək və şəraitə uyğun olaraq yenilənəcəkdir.

AB-nin sərhədləri açacaq ölkələrin tam siyahısı bunlardır: Gürcüstan, Monteneqro, Serbiya, Kanada, Uruqvay, Əlcəzair, Tunis, Mərakeş, Ruanda, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Tailand.

Qeyd edək ki, epidemoloji vəziyyətin ağır olduğu ABŞ, Rusiya və Braziliya, razılaşdırılmış siyahıya daxil edilməyib.

Çin siyahıda 15-ci ölkədir, ancaq Çin də sərhədlərini AB vətəndaşlarına açarsa ozaman Avropa Birliyi bu ölkə üçün sərhədlərini açacağını qeyd edib.

Bununla yanaşı, Aİ Şurasının press-relizinə əsasən, siyahını tərtib edərkən aşağıdakı meyarlar nəzərə alınıb: epidemioloji vəziyyət və koronavirusun yayılmasının qarşısının alınması tədbirləri, habelə iqtisadi və sosial mülahizələr.

Qeyd edək ki, avropanın bu qərarından sonra Gürcüstan tərəfinin hansı avropa ölkəsinə müntəzəm üçüşların bərpası ilə bağlı açıqlama verəcəyi gözlənilir, hələlik Gürcüstan tərəfindən hər hansı qərar verilməyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR