Avropa
Yunan adaları turizmə açıldı - Bu şərtlə getmək mümkündür
Yunanıstan adalarını ziyarətə açıq elan edib.
Publika.az xəbər verir ki, pandemiya ilə mübarizə çərçivəsində elan edilən karantin tədbirlərini yumşaldan hökumət adalar istiqamətində təyyarə uçuşlarına icazə verib.
“Fraport” hava limanı operatoru Korfu, Santorini, Mikonos, Rodos və Krit kimi turistik adaları əhatə edən 14 regional hava limanına 100-dən çox uçuş salındığını açıqlayıb.
Hazırda Yunanıstanda bütün hava limanları beynəlxalq uçuşları qəbul edir. Patras və İqoumenista kimi əsas limanlar İtaliyadan gəmi səfərlərinə açılıb.
Adalara səfər etmək istəyənlər hansı ölkədən gəldiyi, son 15 gün ərzində getdiyi yerlərlə bağlı form dolduracaq və barkod alacaq.
Digər Avropa ölkələrinə nisbətən pandemiyadan daha az zərərlə çıxan Yunanıstan hökuməti iqtisadiyyatının dörddə-birini əhatə edən turizmi canlandırmaq üçün əlindən gələni edəcəyini bildirib.
Zümrüd
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye