Yük maşınında mühacirləri daşıyan sürücü saxlanıldı
Bizi izləyin

Avropa

Yük maşınında mühacirləri daşıyan sürücü saxlanıldı

Fransız polisi İtaliyadan gələn yük maşınında 11 mühacir aşkar edib.

Publika.az RİA Novosti-yə istinadla xəbər verir ki, məlumatı bazar ertəsi “Francetvinfo” portalı yayıb.

Qanunsuz sərnişinlər Fransanın cənub-şərqindəki Provans-Alp-Mavi sahil bölgəsində yerləşən Var departamentində aşkar ediliblər. Nəqliyyat vasitəsindəki şərtlərin uyğunsuzluğu səbəbilə İraq, Pakistan və Əfqanıstandan olan mühacirlərin özlərini pis hiss etdikləri bildirilir.

“Figaro” xəbər verir ki, bununla belə, heç kimi xəstəxanaya yerləşdirməyə ehtiyac qalmayıb. Fransanın hüquq-mühafizə orqanları hazırda onların hansı yolla yük maşınına mindirildiklərini araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm