İki ölkə Avro bölgəsinə daxil olur
Bizi izləyin

Avropa

İki ölkə Avro bölgəsinə daxil olur

Xorvatiya və Bolqarıstan Avro bölgəsinə daxil olacaq.

Publika.az xəbər verir ki, Avropa İttifaqı bu istiqamətdə addım atmağa hazırlaşır.

“Röyters”in 4 mənbəyə istinadən verdiyi məlumata görə, Avro bölgəsi rəsmiləri ittifaqa 2007-ci ildə qatılan Bolqarıstanla 2013-cü ildə qatılan Xorvatiyanı avro valyutasına keçidin ilk mərhələsi olan Avropa Valyuta Mexanizminə (ERM-2) daxil etməyə hazırdır.

Bu həmlə hazırda 19 üzvü olan Avro bölgəsində 2015-ci ildə Litvanın qatılmasından sonra ilk genişlənmə olacaq.

Yekun qərarın verildiyi təqdirdə, hər 2 ölkə 3 il sonra Avro bölgəsinə keçəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm