ÜST İstanbulda OFİS AÇIR
Bizi izləyin

Avropa

ÜST İstanbulda OFİS AÇIR

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni açılacaq İstanbul ofisi Covid-19 pandemiyası çərçivəsində gündəlik ehtiyacları ödəyəcək".

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ankarada səfərdə olan ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ofis səhiyyə ilə bağlı mühüm xidmət sahəsi kimi fəaliyyət göstərəcək.

ÜST-ün regional direktoru isə məhdudiyyətlərin götürülməsindən sonra ilk səfərini Türkiyəyə etdiyini söyləyib:

“Postcovid” mərhələsinə başlayırıq. Türkiyə Covid-19-la mübarizədə mühüm dönüş nöqtəsindədir. Yoluxma və ölüm faktı 75% azalıb. Türkiyə test sayını iki dəfə artırdı. Yaşlı insanların ölüm sayı ilə bağlı da böyük uğura imza atıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm