Çavuşoğlu koronavirusa yoluxmuş Consonla görüşdü
Bizi izləyin

Avropa

Çavuşoğlu koronavirusa yoluxmuş Consonla görüşdü

Türkiyǝnin xarici işlǝr naziri Mövlud Çavuşoğlu İngiltǝrǝdǝ keçirdiyi görüşlǝr çǝrçivǝsindǝ bu ölkǝnin baş naziri Boris Conson ilǝ görüşüb.

Publika.az TRT-yə istinadla xəbər verir ki, görüşlǝrdǝn sonra jurnalistlǝr qarşısında bǝyanatlar verǝn Mövlud Çavuşoğlu deyib: ‘‘Consonun vǝziyyǝti çox yaxşıdır. Ona prezidentimizin salamını çatdırdım’’.

Qeyd edǝk ki, yeni növ koronavirusa yoluxan Boris Consonun müalicǝsi davam edir.

Mövlud Çavuşoğlu İngiltǝrǝyǝ etdiyi sǝfǝr çǝrçivǝsindǝ ilk olaraq İngiltǝrǝ parlamenti Türkiyǝ qrupunun sǝdri Cefri Donaldson vǝ İngiltǝrǝ xarici işlǝr naziri Dominik Raabla görüşmüşdü.

Mövlud Çavuşoğlu keçirilǝn görüşlǝrdǝ koronavirusla mübarizǝ, sǝhiyyǝ sahǝsindǝ ǝmǝkdaşlıq, azad ticarǝt müqavilǝsi ilǝ bağlı danışıqlar, iqtisadi münasibǝtlǝr, ‘‘Brexit’’, turizm, tibbi turizm, müdafiǝ sǝnayesindǝ ǝmǝkdaşlıq, Liviya, Suriya vǝ digǝr regional mövzuların müzakirǝ olunduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm