Almaniyanı silkələyən hadisə - Bu ölkənin casusu baş nazirlikdə saxlanıldı
Bizi izləyin

Avropa

Almaniyanı silkələyən hadisə - Bu ölkənin casusu baş nazirlikdə saxlanıldı

Almaniya Daxili Kəşfiyyat Birliyinin 2019-cu il hesabatı ötən gün Daxili işlər naziri Horst Seehofer tərəfindən ictimaiyyətə açıqlanıb.

Publika.az-ın məlumatına görə, Almaniyada baş nazirliyin mətbuat xidmətinin əməkdaşı uzun illərdir Misirə məlumat sızdırmaqda şübhəli bilinib və istintaq başladılıb.

Almaniya prokurorları şübhəli haqqında dekabrın sonundan etibarən "icra tədbirlərinə" başlayıblar.

Səlahiyyətlilər, Misirin Almaniyada yaşayan əleyhdarlarını təqib etmək üçün bəzi insanları işə cəlb etdiyini təxmin edirlər.

Qeyd edək ki, şəxsin kimliyi, Misirə hansı informasiyaları sızdırdığı barədə məlumat verilmir. Federal Prokurorluq şəxsin casusluqda şübhəli bilindiyini və istintaqın davam etdiyini əsas gətirir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm