Aİ-dən Ermənistan-Azərbaycan insidenti ilə bağlı BƏYANAT
Bizi izləyin

Avropa

Aİ-dən Ermənistan-Azərbaycan insidenti ilə bağlı BƏYANAT

Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, Aİ tərəfləri qarşıdurmanı sonlandırmağa və gərginliyin azaldılması üçün təcili addımlar atmağa səsləyib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Xosep Borrellin ofisindən verilən açıqlamada sərhəddə tələfata yol açan insidentin kədərləndirici olduğu bildirilib.

Açıqlamada tərəflərin Minsk qrupu çərçivəsində birbaşa əlaqə qurmasının vacibliyi vurğulanıb, atəşkəsin pozulmasının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) bölgədə analizlərə başlamasının əhəmiyyətinə diqqət çəkilib.

Qeyd edək ki, ötən gün gecə saatlarında Ermənistan ordusu sərhədin Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini top atışları ilə atəşə tutub. Ordumuz düşməni cavab zərbəsi ilə geri oturdub. Nəticədə 3 hərbçi şəhid olub, 4-ü yaralanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm