Fransada ölənlərin sayı 30 mini keçdi
Bizi izləyin

Avropa

Fransada ölənlərin sayı 30 mini keçdi

Son sutka ərzində Fransada COVID-19 virusundan xəstəxanalarda 26 və həftə ərzində qocalar evlərində isə 65 ölüm faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu haqda Fransanın Səhiyyə üzrə Baş İdarəsi məlumat verib.

Bildirilib ki, ölkədə koronavirus qurbanlarının sayı 30 min 120-yə çatıb. Onlardan 19 min 579-u xəstəxanaların, 10 min 541-i isə qocalar evlərinin payına düşür.

Son sutka ərzində xəstəxanalara 133 yeni xəstə qəbul edilməklə, xəstələrin ümumi sayı 6915-ə çatıb. Reanimasiya şöbələrində 482 ağır xəstə var.

Reanimasiyadakı ağır xəstələrin 71 faizi ölkənin İl-dö-Frans, Böyük Şərq, Yuxarı Fransa və Qvineya kimi 4 regionunun üzərinə düşüb. Qvineyada virus fəal yayılmaqda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm