Boris Consondan peyvəndlə bağlı VACİB AÇIQLAMA
Bizi izləyin

Avropa

Boris Consondan peyvəndlə bağlı VACİB AÇIQLAMA

Böyük Britaniyanın Baş naziri Boris Conson bu ilin sonuna qədər koronavirusa qarşı effektiv peyvəndin əldə olunacağına dair söz verə bilməyəcəyini deyib.

Publika.az xəbər verir ki, Conson hələ o mərhələyə gəlinmədiyini söyləyib.

“Bu il və ya gələn il peyvənd əldə edə biləcəyimizdən yüz faiz əmin olduğumu söyləmək, təəssüf ki, sadəcə şişirtmə ola bilər. Hələ ki, o mərhələyə gəlmədik”, - Conson bildirib.

Qeyd edək ki, Oksford Universiteti ilə “AstraZeneca” dərman şirkətinin birlikdə yeni tip koronavirusa qarşı hazırladığı peyvəndlə bağlı müsbət nəticələrin əldə olunacağı gözlənilirdi. Peyvənd kliniki sınaqların 3 mərhələsindən keçib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm